
Adından da göründüyü kimi, o, kontent yaradıcısıdır, amma asan səslənsə də, işi çox çətindir. İndiki vaxtda bu insanlar daha çox kitab oxumalı və insanlarla daha çox ünsiyyət qurmalıdırlar ki, baş verən hadisələri işləri ilə əlaqələndirə bilsinlər. Xarici bazarlarda bu insanlara daha çox pul təklif olunur, çünki kontent yaradıcısı yalnız başlığı deyil, həm də müzakirə ediləcək ümumi məzmunu yaradır. Beləliklə, bir film ssenaristi olaraq başa düşə bilərik ki, bunu hər kəs edə bilməz və hər kəs filmə duz-istiot əlavə edə bilməz. Bu sahə innovasiya gətirmək və yeni bir trend yaratmaq üçün yaradıcılıq istəyir. Ölkə daxilində nə qədər çox səyahət edib insanlarla ünsiyyət qursa, bir o qədər çox lüğəti olur və məlumatı artır və bu sözləri bir-biri ilə əlaqələndirməsi daha asan olur. Kənardan o qədər asan görünür ki, 5-6 cümlə yazdı və iş görüldü, kənarda dayandı, amma həqiqət budur ki, bu məzmunu təqdim edən şəxs, yəni natiq də vacibdir. Burada, əlbəttə ki, çəkiliş, danışan şəxs və çəkiliş yeri də vacibdir. Əslində, bu sözlər və ifadələr bizə film çəkilişi dövründən tanışdır, necə ki, film çəkilişi çətin və maraqlıdır, bu iş də elədir, yəni iş yalnız məzmun yazmaqla bitmir. Hər hansı bir sualınız varsa, mənə İnstaqramda @alamdarmanafov ünvanına yaza bilərsiniz. Ələmdar Manafov



